Kartdan-karta köçürmələrlə bağlı yeni tariflər təsdiqləndi – Dəyişiklik nə vaxt qüvvəyə minəcək?

Kartdan-karta köçürmələrlə bağlı yeni tariflər təsdiqləndi – Dəyişiklik nə vaxt qüvvəyə minəcək?

Azərbaycanda ödəniş sistemləri üzrə xidmət haqlarına yenidən baxılıb. Yeni tariflər çərçivəsində bəzi əməliyyatlar üzrə xidmət haqları azaldılıb, banklararası kart köçürmələrinin emalı üçün də tariflər müəyyənləşdirilib.

Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

AMB İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə təsdiqlənən yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib. Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) üzrə xidmət haqlarının yuxarı həddi iki dəfə, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə isə 1,5 dəfə azaldılıb.

Yeni tarif modelində xidmət haqlarının əməliyyatın məbləğinə uyğun müəyyən edilmiş intervallar üzrə sabit məbləğlərlə hesablanması nəzərdə tutulur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir