İspaniyanın nəqliyyat naziri istefa verdi – 115 nəfərin ölümünə səbəb olan qəzalar

İspaniyanın nəqliyyat naziri istefa verdi – 115 nəfərin ölümünə səbəb olan qəzalar

İspaniyanın nəqliyyat naziri Oskar Puente ölkədə baş verən və ümumilikdə 115 nəfərin həyatına son qoyan iki qatar qəzasından sonra vəzifəsindən istefa verib.

Xəbəraxını xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Parlamentdə qərarını açıqlayan nazir bildirib ki, bir ildən az müddətdə iki ağır hadisənin baş verməsindən sonra vəzifəsində qalmağı mümkün hesab etmir.

Sonuncu qəza oktyabrın 28-də İspaniyanın mərkəzi hissəsində yüksəksürətli qatarın digər qatarla toqquşması nəticəsində baş verib. Hadisə zamanı 69 nəfər ölüb, onlarla insan yaralanıb.

Bundan əvvəl, yanvar ayında Əndəlüs bölgəsində baş verən qatar qəzası 46 nəfərin həyatına son qoyub, 200-dən çox insan xəsarət alıb.

Puente istefa qərarını oktyabr hadisəsindən dərhal sonra verdiyini bildirib. O, parlamentdəki çıxışı zamanı dəmir yollarında təhlükəsizliyin gücləndirilməsi məqsədilə yeni tədbirlər planını da təqdim edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir