İspaniyanın Toledo əyalətində baş verən dəhşətli qatar qəzası ilə əlaqədar ölkədə üçgünlük rəsmi matəm elan olunub. Son məlumatlara görə, faciə nəticəsində 68 nəfər həyatını itirib.
Xəbəraxını xəbər verir ki, “El País” nəşrinin məlumatına əsasən, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes qəza bölgəsinə səfəri zamanı açıqlama verib.
Hökumət başçısı bildirib ki, rəsmi matəm oktyabrın 29-dan 31-dək davam edəcək.
Xatırladaq ki, hadisə oktyabrın 28-də səhər saatlarında Kastiliya-La-Mança muxtar icmasının Toledo əyalətində qeydə alınıb. İki sərnişin qatarının toqquşması nəticəsində qatarlardan birinin iki vaqonu relsdən çıxıb.
Qəzanın səbəbləri araşdırılır.
