İranın xarici işlər naziri Abbas Əraqçi diplomatik və iqtisadi nümayəndə heyətinə rəhbərlik edərək Türkmənistanın paytaxtı Aşqabada səfər edib.
Xəbəraxını xəbər verir ki, səfər çərçivəsində Əraqçinin Türkmənistan rəsmiləri ilə görüşləri və məsləhətləşmələri nəzərdə tutulur.
Tərəflərin qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə İran-Türkmənistan münasibətlərini müzakirə edəcəyi, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.
