İran hökuməti güzəştli tariflərə daxil olmayan benzinin qiymətini iki dəfə artırıb.
Ölkənin Neft Nazirliyinin məlumatına görə, sentyabrın 8-dən etibarən üçüncü tarif üzrə benzinin bir litrinin qiyməti 10 min tümən təşkil edir.
İlk iki tarif üzrə qiymətlər isə dəyişdirilməyib. Bu tariflərdə benzinin bir litri müvafiq olaraq 1 500 və 3 000 tümən olaraq saxlanılıb.
Üçüncü tarif yanacaq kartında ilk iki limit başa çatdıqdan sonra tətbiq olunan, limitdən kənar satış qiymətidir.
