İran və İsveç arasında diplomatik gərginlik: diplomat ölkədən çıxarılıb

İran və İsveç arasında diplomatik gərginlik: diplomat ölkədən çıxarılıb

İran Xarici İşlər Nazirliyi Stokholmdakı səfirliyinin əməkdaşlarından birinin İsveçin daxili işlərinə müdaxilə etməsi ilə bağlı irəli sürülən ittihamları rədd edib. Tehran İsveçin bu addımına cavab olaraq, ölkənin diplomatik missiyasının əməkdaşlarından birinin İrandan deportasiya edildiyini açıqlayıb.

Məlumata görə, İsveçin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Stokholmun İrana qarşı yürütdüyü siyasətlə bağlı ona etiraz bildirilib.

İran XİN-in açıqlamasında İsveçin İrana qarşı irəli sürdüyü ittihamların əsassız olduğu bildirilib. Həmçinin Stokholmdakı İran səfirliyinin əməkdaşlarından birinin fəaliyyətini davam etdirməsinə maneə yaradılması ilə bağlı İsveçin qərarı rədd edilib.

İran tərəfi İsveç səfirinə bildirib ki, Tehrandakı İsveç diplomatik missiyasının əməkdaşlarından biri ona izah edilən səbəblərə görə 48 saat ərzində ölkəni tərk etməlidir.

Qeyd edək ki, sentyabrın 16-da İsveç Xarici İşlər Nazirliyi İranın Stokholmdakı səfirini çağıraraq, İran səfirliyinin əməkdaşlarından birinin ölkəni tərk etməsinin tələb olunduğunu açıqlamışdı.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir