İran rəsmisi ABŞ ilə əməkdaşlıq edəcək qonşu ölkələri hədələyib

İran rəsmisi ABŞ ilə əməkdaşlıq edəcək qonşu ölkələri hədələyib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasətinə qoşula biləcək qonşu ölkələrə xəbərdarlıq edib.

Rezayi bildirib ki, ABŞ İranın ticarət və maliyyə əlaqələrinə maneə yaratmağa çalışacağı təqdirdə Tehran buna cavab tədbirləri ilə qarşılıq verəcək. O, İranın regionda fəaliyyət göstərən ABŞ şirkətlərinə, o cümlədən qazma və ticarət müəssisələrinə zərbə endirə biləcəyini söyləyib.

“Amerikanın İran iqtisadiyyatına vurduğu zərbəyə onun iqtisadiyyatına zərbə ilə cavab verəcəyik. Zərbəyə zərbə prinsipi tətbiq olunacaq”, – deyə iranlı rəsmı qeyd edib.

Rezayi qonşu dövlətləri də ABŞ ilə əməkdaşlıq etməməyə çağırıb. Onun sözlərinə görə, İranın iqtisadi blokadasında iştirak edən ölkələrin gəmilərinin Hörmüz boğazından keçidinə məhdudiyyət tətbiq oluna bilər.

“Əgər qonşu ölkə İranın iqtisadi blokadaya alınmasında amerikalılarla əməkdaşlıq edərsə, onun gəmilərini Hörmüz boğazında cəzalandıracağıq. Gəmilərin hərəkətinə və keçidinə, eləcə də bəzi fəaliyyətlərinə məhdudiyyətlər tətbiq edəcəyik”, – Rezayi bildirib.

İran rəsmisi eyni zamanda ABŞ iqtisadiyyatının zəiflədiyini iddia edib və region ölkələrinin gələcəkdə də bir-birinə qonşu olaraq qalacağını vurğulayıb.

Rezayi Fars körfəzi ölkələrini təhlükəsizlik və iqtisadi əməkdaşlıq məqsədilə birləşməyə, qarşılıqlı investisiyaları artırmağa, həmçinin vahid bazar və ortaq valyutanın yaradılması imkanlarını nəzərdən keçirməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir