Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam saatlarında isə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur.
Şimal-qərb küləyinin gündüz saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcəyi bildirilir.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz isə 50-60% təşkil edəcək.
Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla belə, gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli və intensiv olacağı ehtimal edilir.
Bəzi ərazilərdə şimşək çaxacağı və dolu düşəcəyi, gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə olunacağı bildirilir. Rayonlarda şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-33° isti olacaq. Dağlıq ərazilərdə gecə 10-15° isti, gündüz isə 18-23° isti təşkil edəcək.
