İlon Mask yenidən trilyonçu oldu – Sərvəti 1 trilyon dolları keçdi

İlon Mask yenidən trilyonçu oldu – Sərvəti 1 trilyon dolları keçdi

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın sərvəti yenidən 1 trilyon dollar səviyyəsinə yüksəlib.

“Xəbəraxını” “Forbes”-ə istinadən xəbər verir ki, fond bazarlarında həftənin ilk ticarət sessiyasının başlamasından sonra “Tesla” və “SpaceX” səhmlərinin qiymətində qeydə alınan kəskin artım Maskın sərvətinin yenidən trilyon dollarlıq həddi keçməsinə səbəb olub.

Bazar ertəsi Maskın sərvəti 1 trilyon dollar olaraq qiymətləndirilib. Bu rəqəm ötən cümə gününün ticarət sessiyasının yekun göstəricisindən 30,6 milyard dollar çoxdur.

Müqayisə üçün, “Amazon”un rəhbəri Ceff Bezosun sərvəti 371,5 milyard dollar həcmində qiymətləndirilir.

İlon Mask tarixdə ilk dəfə iyunun 12-də trilyonçu kimi qeydə alınıb. O, həmin statusu təxminən iki həftə ərzində qoruyub saxlayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir