İlham Əliyev Özbəkistanla iki mühüm sazişi təsdiqlədi

İlham Əliyev Özbəkistanla iki mühüm sazişi təsdiqlədi

Azərbaycanla Özbəkistan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan iki saziş təsdiq edilib.

Xəbəraxını xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, avqustun 23-də Daşkənddə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq olunub.

Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının icrasını Mədəniyyət Nazirliyi təmin edəcək. Xarici İşlər Nazirliyi isə sənədin qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurların tamamlanması barədə Özbəkistan hökumətinə rəsmi bildiriş göndərəcək.

Eyni zamanda, iki ölkə arasında turizm sahəsində əməkdaşlığa dair saziş də təsdiqlənib. Bu sənəd də avqustun 23-də Daşkənd şəhərində imzalanıb.

Turizm sahəsindəki saziş qüvvəyə mindikdən sonra onun icrasına Dövlət Turizm Agentliyi cavabdeh olacaq. Xarici İşlər Nazirliyi isə müvafiq prosedurların başa çatması barədə Özbəkistan tərəfinə məlumat verəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir