YAP-ın Balakən təşkilatının sabiq sədri həbs edildi

YAP-ın Balakən təşkilatının sabiq sədri həbs edildi

Yeni Azərbaycan Partiyasının Balakən rayon təşkilatının sədri vəzifəsindən azad olunan Azad Balayev həbs edilib.

Xəbəraxını   Gununsesi.info-ya istinadən xəbər verir ki, Azad Balayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Məlumata görə, onun həbsi Balakənin sabiq icra başçısı İslam Rzayevin cinayət işi çərçivəsində üzə çıxan faktlarla əlaqələndirilir.

Qeyd edək ki, İslam Rzayev ötən ilin oktyabrında həbs olunub. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi (külli miqdarda mənimsəmə) və 311.3.2-ci maddəsi (təkrar rüşvətalma) ilə ittiham irəli sürülüb.

İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir