İlham Əliyev Məsud Pezeşkiana zəng edib

İlham Əliyev Məsud Pezeşkiana zəng edib

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana telefonla zəng edib.

Xəbəraxını xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı İlham Əliyev iranlı həmkarını doğum günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıb.

Məsud Pezeşkian isə göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

Söhbət zamanı dövlət başçıları Bişkekdə baş tutan son görüşlərini və həmin görüşdə müzakirə olunan məsələləri məmnunluqla xatırlayıblar.

Həmçinin Azərbaycan Hökumətinin nümayəndə heyətinin hazırda İranda səfərdə olduğu və səfər çərçivəsində iki ölkə arasında münasibətlərin gündəliyində olan məsələlərin müzakirə edildiyi bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir