Bakının bir neçə küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının bir neçə küçəsində hərəkət məhdudlaşdırılacaq

Bu gün saat 21:00-dan etibarən Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq.

Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunda Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq. Bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bundan başqa, Zaur Nudirəliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Əcəmi Naxçıvani küçəsi ilə kəsişməsinədək olan hissəsində də təmir işləri ilə əlaqədar hərəkətə məhdudiyyət tətbiq ediləcək.

Nərimanov rayonunda isə Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində hərəkət sxeminin dəyişdirilməsi nəzərdə tutulur. Bunun üçün ayırıcı zolağın bir hissəsi ləğv ediləcək və ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Məhdudiyyətlər aparılan işlər başa çatanadək qüvvədə olacaq.

Sürücülərə hərəkət istiqamətlərini əvvəlcədən nəzərə almaları və alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir