İlham Əliyev Hindistanın XİN rəhbərini qəbul etdi: Masada hansı məsələlər müzakirə olundu?

İlham Əliyev Hindistanın XİN rəhbərini qəbul etdi: Masada hansı məsələlər müzakirə olundu?

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla görüşüb.

Xəbəraxını xəbər verir ki, görüş zamanı Azərbaycan-Hindistan münasibətlərinin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Cayşankar Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlət başçısına çatdırıb. O, Azərbaycan Prezidentinin Narendra Modi ilə Bişkekdə keçirdiyi görüşü xatırladaraq, Azərbaycana Hindistan baş nazirinin tapşırığı ilə gəldiyini bildirib.

İlham Əliyev Hindistan rəhbərliyinin salamlarına görə təşəkkür edib və öz salamlarını da Draupadi Murmuya və Narendra Modiyə çatdırmağı xahiş edib. Dövlət başçısı Bişkekdə Hindistanın baş naziri ilə apardığı müzakirələri məmnunluqla xatırladıb və Cayşankarın səfərinin ikitərəfli münasibətlərin vəziyyətini qiymətləndirmək, gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etmək baxımından əhəmiyyətini vurğulayıb.

Görüşdə siyasi, iqtisadi-ticarət, yüksək texnologiyalar, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib. Tərəflər qarşılıqlı maraq doğuran istiqamətlərdə əlaqələrin genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd ediblər.

Həmçinin Azərbaycanın və Hindistanın Qlobal Cənub ölkələri sırasında beynəlxalq gündəlikdəki bir sıra məsələlərə, o cümlədən bu ölkələrin narahatlıqlarına dair oxşar maraqlardan çıxış etdikləri bildirilib.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti də diqqətə çatdırılıb. İkitərəfli əlaqələrin inkişafı üçün siyasi təmasların artırılması, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkili, eləcə də iqtisadiyyat və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir