İlham Əliyev Ciorcia Melonini təbrik edib

İlham Əliyev Ciorcia Melonini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Ciorcia Meloniyə təbrik ünvanlayıb.

Dövlət başçısı “X” hesabında paylaşım edərək Melonini İtaliya tarixində ən uzun müddət baş nazir vəzifəsində çalışan şəxs olması münasibətilə təbrik edib.

İlham Əliyev bu nailiyyətin Ciorcia Meloninin güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının ona göstərdiyi etimadı əks etdirdiyini bildirib.

Prezident, həmçinin Meloninin Azərbaycan-İtaliya strateji tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsində şəxsi rolunu və töhfəsini yüksək qiymətləndirib.

İlham Əliyev iki ölkə arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da Azərbaycan və İtaliya xalqlarının rifahı naminə daha da dərinləşəcəyinə və genişlənəcəyinə əminliyini ifadə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir