Azərbaycan Türk dünyasının daha sıx birləşməsi, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində səylərini davam etdirir.
Xəbəraxını xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Türk dünyasının birliyinə dair bəyanatında vurğulanıb.
Dövlət başçısı bildirib ki, Azərbaycan xüsusilə Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə təşkilatın institusional baxımdan güclənməsi, qlobal müstəvidə mövqelərinin möhkəmlənməsi və ortaq dəyərləri bölüşən xalqlar arasında əlaqələrin inkişafı üçün bütün imkanlarını səfərbər edib.
