İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə qədəm qoyub

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə qədəm qoyub

Azərbaycan və Qırğızıstan arasında ənənəvi dostluq və qardaşlıq münasibətləri son illərdə daha da inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəlib.

Prezident İlham Əliyev Qırğızıstanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə bu ölkənin Prezidenti Sadır Japarova ünvanladığı təbrik məktubunda bildirib ki, Azərbaycan-Qırğızıstan əlaqələri yeni mahiyyət kəsb edir.

Dövlət başçısı yaxın zamanda Qırğızıstana etdiyi dövlət səfərinin iki ölkə arasında sıx tərəfdaşlıq əzmini və geniş əməkdaşlıq gündəliyini nümayiş etdirdiyini qeyd edib. Onun sözlərinə görə, səfər Azərbaycan-Qırğızıstan münasibətlərində yeni mərhələnin əsasını qoyub.

İlham Əliyev əminliyini ifadə edib ki, Azərbaycan-Qırğızıstan əlaqələri və müttəfiqliyi xalqların maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcək və daha da möhkəmlənəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir