Noyabrın 4-də 195 və 195E nömrəli marşrut avtobuslarının hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.
Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Dəyişikliyə səbəb Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün Bakı istiqamətindəki köməkçi hissəsində yenidənqurma işlərinin aparılmasıdır.
Bildirilib ki, təmir işləri ilə əlaqədar noyabrın 4-də sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu səbəbdən 195 və 195E nömrəli avtobusların hərəkəti müvəqqəti olaraq avtomobil yolunun əsas hərəkət hissəsi ilə təşkil ediləcək.
