Hörmüzdə ABŞ-ə məxsus sualtı qurğu ələ keçirildi

Hörmüzdə ABŞ-ə məxsus sualtı qurğu ələ keçirildi

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib.

“Xəbəraxını” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.

“HDQ döyüşçüləri radioelektron mübarizə vasitəsilə həyata keçirilən əlaqələndirilmiş və mürəkkəb əməliyyat zamanı Hörmüz boğazında casusluq məqsədilə fəaliyyət göstərən ABŞ ordusuna məxsus qabaqcıl bir sualtı pilotsuz qurğunu tələyə sala biliblər”, – məlumatda bildirilib.

Qeyd olunub ki, bu sualtı pilotsuz qurğu daha əvvəl ələ keçirilən “Remus 600” aparatının bir növüdür və hazırda onun məlumatlarının bərpa edilməsi məqsədilə mütəxəssislərinin ixtiyarına verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir