Hindistanın şimalındakı Uttar-Pradeş ştatında güclü yağışlar faciəyə səbəb olub.
Xəbəraxını.com KİV-ə istinadla xəbər verir ki, sentyabrın 25-26-da yağan leysan yağışları nəticəsində azı 56 nəfər ölüb, 46 nəfər yaralanıb.
Məlumata görə, ən çox ölüm halı Sitapurda qeydə alınıb. Burada ümumlikdə 7 nəfər həlak olub. Lakximpur-Xeri, Bahraich və Balrampurda 5, Ayodhya və Goraxpurda isə 4 nəfər həyatını itirib.
Təbii fəlakət nəticəsində ştatda 1021 ev dağılıb, 107 baş mal-qara tələf olub və əkin sahələrinə ciddi ziyan dəyib.
Uttar-Pradeşin əksər rayonlarında yağıntının miqdarı normadan 775% çox olduğu bildirilir.
Hazırda bölgədə xilasetmə və yardım tədbirləri davam edir.
