Hacıqabulda iki minik avtomobili toqquşdu,nəticədə 4 nəfər xəsarət aldı
Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı–Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralananlardan ikisinin azyaşlı olduğu bildirilir.
Xəsarət alan şəxslər Şirvan xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
