Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Qızılca kəndi ərazisində qeydə alınıb. Məlumata görə, 1977-ci il təvəllüdlü Gəncə şəhər sakini Rəhman Fərman oğlu Allahverdiyev idarə etdiyi “ZİL MMZ-45021” markalı yük avtomobili ilə geriyə hərəkət edərkən yol kənarında dayanan 1963-cü il təvəllüdlü İman Əli oğlu Məmmədovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hadisənin səbəbləri və digər hallar araşdırılır.
