Göyçay rayonunda meyiti tapılan Fövqəladə Hallar Nazirliyinin əməkdaşı dəfn edilib.
Xəbəraxını xəbər verir ki, ötən gün Göyçay şəhərində 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovun meyiti aşkarlanıb.
Məlum olub ki, mərhum FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb. Subay olan 28 yaşlı Elçin Əzizov ailənin yeganə övladı olub.
Onun ölümünün hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin səbəbləri araşdırılır.
