Goranboy rayonunda silahlı qətl hadisəsi baş verib. Baxcakürt kəndində yaşayan yaşlı kişi ov tüfəngi ilə vurularaq öldürülüb.
Xəbəraxını “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə kənd məktəbinin qarşısında qeydə alınıb. Belə ki, 1952-ci il təvəllüdlü Qələndər Muradov ov tüfəngi ilə güllələnərək həyatını itirib.
Qətli törətməkdə şübhəli bilinən 31 yaşlı Orxan Həsənov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Məlumata görə, şübhəlinin əqli qüsurlu olduğu və müvafiq tibb müəssisəsində qeydiyyatda olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
