Gəncədə küçədə baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparılır. Şəhər sakini naməlum şəxsin hücumuna məruz qalaraq xəsarət alıb.
Xəbəraxını xəbər verir ki,hadisə oktyabrın 14-də Gəncə şəhərində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Seymur Zeynalov küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirlər görür.
