Gəncədə avtobus qəza törətdi

Gəncədə avtobus qəza törətdi

Gəncədə sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində qəza baş verib. Toqquşmadan sonra avtobus idarəetmədən çıxaraq ağaca çırpılıb.

Xəbəraxını Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Fətəli xan Xoyski və Rüzügar Qasımov küçələrinin kəsişməsində qeydə alınıb.

Məlumata görə, 19 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus avtobus “KİA” markalı minik avtomobili ilə toqquşub. Zərbədən sonra sərnişin avtobusu ağaca çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir