İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk dəfə raket atəşinə tutulmasından 6 il ötür.
2020-ci il oktyabrın 4-də səhər saat 10 radələrində Gəncəyə endirilən raket zərbələri nəticəsində şəhərdə mülki yaşayış məntəqələri, sakinlərin yaşadığı ikimərtəbəli bina və fərdi yaşayış evləri hədəfə alınıb.
Xəbəraxını xəbər verir ki, bu, müharibənin getdiyi Qarabağ ərazisindən kənarda mülki əhaliyə qarşı həyata keçirilən ilk ciddi hücumlardan biri olub. Hücum nəticəsində mülki şəxs Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 nəfər yaralanıb. Zərbələr yaşayış evləri ilə yanaşı, mülki infrastruktura və şəhərin qədim tarixi tikililərinə də ciddi ziyan vurub.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən ümumilikdə beş dəfə – oktyabrın 4, 5, 8, 11 və 17-də raket və ağır artilleriya atəşinə tutulub.
Hücumlar nəticəsində ümumilikdə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb. Şəhərdəki mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə də külli miqdarda ziyan dəyib.
