Füzuli rayonunda atdan yıxılan 12 yaşlı uşaq həyatını itirib. Hadisə avqustun 15-də rayonun Zobucuq-5 qəsəbəsi ərazisində baş verib. Qarğabazar kənd sakini, 2014-cü il təvəllüdlü Röyal Rasim oğlu Namazov atdan yıxılaraq xəsarət alıb. Uşaq xəstəxanaya yerləşdirilsə də, avqustun 28-də müalicə aldığı tibb müəssisəsində vəfat edib.
Hadisə ilə bağlı araşdırma Füzuli Rayon Prokurorluğu tərəfindən aparılır.
