Fransada iğtişaşlar ağır nəticələrə səbəb oldu – 17 yaşlı qız gözünü itirdi

Fransada iğtişaşlar ağır nəticələrə səbəb oldu – 17 yaşlı qız gözünü itirdi

Fransada etiraz aksiyaları zamanı 17 yaşlı qız ağır xəsarət alaraq sol gözünü itirib. Ölkədə gərginlik davam edərkən Parisdəki məşhur Luvr muzeyinə giriş də məhdudlaşdırılıb.

Xəbəraxını xəbər verir ki, bu barədə “Le Figaro” nəşri və “France-Presse” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Müluz şəhərində bahalaşmaya qarşı keçirilən nümayişlər zamanı baş verib. Şəhər prokuroru Nikolya Eyts bildirib ki, qızın xəsarət alması ilə bağlı ağırlaşdırıcı hallarda zorakılıq faktı üzrə istintaq başladılıb. Həkimlərin apardığı təcili əməliyyata baxmayaraq, onun sol gözünü xilas etmək mümkün olmayıb.

Prokurorluq hadisənin hansı şəraitdə baş verdiyini və qızın necə ağır xəsarət aldığını müəyyənləşdirməyə çalışır.

Bu arada, Parisdə yerləşən Luvr muzeyinin qarşısında da etiraz aksiyası keçirilib. Nümayişçilər lisey şagirdlərinin etirazlarına dəstək vermək, sıx dərs qrafikinə, müəllim çatışmazlığına və təhsil sahəsindəki problemlərə diqqət çəkmək məqsədilə muzeyə girişə mane olublar.

Aksiya səbəbindən muzeyin fəaliyyəti məhdudlaşdırılıb. Fransanın bir sıra şəhərlərində keçirilən nümayişlər isə bəzi ərazilərdə iğtişaşlar və hüquq-mühafizə orqanları ilə toqquşmalarla müşayiət olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir