Fransada 26 yaşlı MMA döyüşçüsü güllələndi: Atəş açan şəxs saxlanıldı

Fransada 26 yaşlı MMA döyüşçüsü güllələndi: Atəş açan şəxs saxlanıldı

Fransada 26 yaşlı qarışıq döyüş sənətləri (MMA) idmançısı Penqo Bossio Vanqi silahlı insident zamanı həyatını itirib. Hadisə Paris yaxınlığında baş verib.

Xəbəraxını xəbər verir ki, bu barədə  idmançının çıxış etdiyi “Atch Academy” klubu məlumat yayıb.

Məlumata görə, atışma paytaxt Parisin yaxınlığındakı Trapp kommunasında qeydə alınıb. Fransa Baş naziri Sebastyan Lekornyu hadisə zamanı bir nəfərin öldüyünü, daha dörd nəfərin isə yaralandığını açıqlayıb.

İlkin məlumatlara əsasən, hücum edən şəxs avtomobilin pəncərəsindən ətrafdakı insanlara atəş açıb. Atəş açılan ərazilər arasında uşaq meydançasının yaxınlığı da olub.

Polis əməkdaşları şübhəli şəxsi hadisədən sonra saxlayıblar. Onun 39 yaşlı yerli sakin olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma davam edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir