Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı və insan hüquqları pozuntuları gündəmdə

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı və insan hüquqları pozuntuları gündəmdə

Fransada polis zorakılığı, irqi ayrı-seçkilik və insan hüquqlarının müdafiəsi ilə bağlı problemlər beynəlxalq hesabatlarda yenidən diqqət mərkəzinə düşüb.

Xəbəraxını xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb.

Məlumata görə, İşgəncələrə Qarşı Dünya Təşkilatının (OMCT) 2026-cı il üzrə Qlobal İşgəncə İndeksində Fransada insan hüquqlarının qorunması sahəsində ciddi və sistemli problemlərin mövcudluğu qeyd edilib. Hesabatda Fransa “əhəmiyyətli risk” kateqoriyasına daxil edilib və bu səviyyədə qiymətləndirilən yeganə Avropa İttifaqı ölkəsi olduğu bildirilib.

Sənəddə polis zorakılığı, irqi ayrı-seçkilik, cəzasızlıq halları və Fransanın dənizaşırı ərazilərində, xüsusilə Yeni Kaledoniyada yerli əhaliyə qarşı görülən tədbirlər diqqətə çatdırılıb.

Hesabatda Kanaki kimi tanınan Yeni Kaledoniyada 2024-cü ildə baş verən etirazlar zamanı təhlükəsizlik qüvvələrinin fəaliyyəti ilə bağlı narahatlıqlar da yer alıb. Həmin dövrdə Fransa hakimiyyəti bölgədə fövqəladə vəziyyət elan edib, əlavə təhlükəsizlik qüvvələri yerləşdirib və bir sıra məhdudiyyətlər tətbiq edib.

Bundan başqa, Fransanın öz ərazisində polis tərəfindən güc tətbiqi halları da hesabatda əksini tapıb. Təqdim olunan məlumatlara görə, 2024-cü ildə polis fəaliyyəti ilə əlaqəli insidentlər nəticəsində 54 nəfər, 2026-cı ilin ilk beş ayında isə azı 22 nəfər həyatını itirib.

Sənəddə etiraz aksiyalarının dağıdılması zamanı həddindən artıq güc tətbiqi, kütləvi saxlanılmalar, həbsxanaların həddindən artıq dolması və məhbuslarla qeyri-insani rəftarla bağlı məsələlər də qeyd olunub.

Bakı Təşəbbüs Qrupu hesab edir ki, hesabatda əksini tapan məlumatlar Fransada, eləcə də onun dənizaşırı ərazilərində insan hüquqlarının müdafiəsi sahəsində mövcud problemlərin araşdırılmasının vacibliyini göstərir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir