Ermənistanın 40 milyard dollarlıq layihəsi risk altındadır: İranın təhdidləri diqqət çəkdi

Ermənistanın 40 milyard dollarlıq layihəsi risk altındadır: İranın təhdidləri diqqət çəkdi

Ermənistanda inşa edilən və milyardlarla dollar gəlir gətirəcəyi gözlənilən süni intellekt və məlumat emalı mərkəzi regional təhlükəsizlik müzakirələrinin mövzusuna çevrilib. İran rəsmisinin ABŞ-yə məxsus rəqəmsal infrastruktura qarşı mümkün zərbələrlə bağlı açıqlaması bu layihənin təhlükəsizliyi barədə suallar yaradıb.

Xəbəraxını xəbər verir ki, “Yerevan speaks” nəşrində yayılan məlumata görə, söhbət Ermənistanın Hrazdan şəhərində yaradılan “Firebird” məlumat mərkəzindən gedir.

Məlumatda bildirilir ki, layihənin ilkin dəyəri 5 milyard dollar qiymətləndirilir, 2027-ci ilədək isə investisiyanın 40 milyard dollara çatacağı gözlənilir. Mərkəzdə ilkin mərhələdə 6 mindən çox “Nvidia Blackwell” çipinin quraşdırılması, daha sonra isə sistemin 70 min çipədək genişləndirilməsi planlaşdırılır.

Nəşrin yazdığına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai hərbi əməliyyatlar yenidən başlayacağı təqdirdə regiondakı ABŞ-yə məxsus sualtı kabellərin, məlumat mərkəzlərinin və süni intellekt obyektlərinin hədəfə alına biləcəyini bildirib. O, açıqlamasında Ermənistanın adını birbaşa çəkməyib.

Materialda, həmçinin Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun “Firebird” layihəsi ilə bağlı narahatlığını ifadə etdiyi qeyd olunur. Onun iddiasına görə, ABŞ qanunvericiliyinə tabe olan şirkətin infrastrukturu kəşfiyyat məqsədləri üçün istifadə edilə bilər. Şirkət isə bu ittihamları rədd edir.

Yazıda diqqətə çatdırılır ki, Yaxın Şərqdə məlumat mərkəzlərinə qarşı hücumlarla bağlı əvvəlki hadisələr rəqəmsal infrastrukturun hərbi münaqişələr zamanı risk altında qala biləcəyini göstərir.

Bununla belə, İran rəsmisinin açıqlamasında “Firebird” mərkəzinin konkret hədəf kimi göstərilmədiyi vurğulanmalıdır. Layihəyə qarşı birbaşa hücum planının mövcudluğu barədə təsdiqlənmiş məlumat yoxdur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir