Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid adına Beynəlxalq Hava Limanına raket hücumu nəticəsində azı 12 nəfər həyatını itirib, 309 nəfər isə yaralanıb.
Xəbəraxını xəbər verir ki, bu barədə Az Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, həlak olanlar arasında Səudiyyə Ərəbistanının dörd vətəndaşı ilə yanaşı, Banqladeş, ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşları da var.
Hücum nəticəsində yaralananlar arasında vəziyyəti ağır olan şəxslərin olduğu qeyd edilib. Hadisə hava limanına ciddi maddi ziyan vurub və dəymiş zərərin miqyası qiymətləndirilir.
“Wall Street Journal” nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, hava limanının 3-cü və 4-cü terminalları raketlərin birbaşa zərbələri nəticəsində ciddi zədələnib. Zərbələrdən sonra terminalın tavanının bir hissəsinin insanların üzərinə uçduğu bildirilir.
