Emin Əmrullayev: “Müəllimin süni intellekt tərəfindən əvəz edilməyəcəyi fikri bayağıdır”

Emin Əmrullayev: “Müəllimin süni intellekt tərəfindən əvəz edilməyəcəyi fikri bayağıdır”

Elm və təhsil naziri Emin Əmrullayev süni intellektin təhsil sistemində yaratdığı dəyişikliklər və müəllim peşəsinin gələcəyi barədə danışıb.

Xəbəraxını xəbər verir ki, nazir bu fikirləri Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı səsləndirib.

Əmrullayev “müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək” yanaşmasını düzgün hesab etmədiyini bildirib və bu fikri “bayağı” adlandırıb.

Nazir Azərbaycan məktəbində süni intellektin hansı funksiyanı daşımalı olduğu ilə bağlı müzakirələrin aparılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, süni intellektin təhsil prosesində dost, həmkar, yoxsa rəqib kimi qəbul edilməli olduğu ayrıca müzakirə mövzusudur.

“Süni intellekt artıq qapıdan girib. Əsas məsələ ondan necə istifadə etməkdir”, – deyə Əmrullayev bildirib.

Nazir süni intellektdən istifadə zamanı xüsusilə iki məqama diqqət yetirilməsinin vacib olduğunu vurğulayıb. Bunlar qiymətləndirmə və texnoloji inkişafın sürətidir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir