Bakıda məktəbin qarşısında 18 yaşlı oğlan öldürüldü

Bakıda məktəbin qarşısında 18 yaşlı oğlan öldürüldü

Bakının Xətai rayonunda 18 yaşlı gəncin bıçaqlanaraq öldürülməsi ilə nəticələnən hadisə baş verib.

Xəbəraxını xəbər verir ki, hadisə ötən gün 56 nömrəli məktəbin qarşısında qeydə alınıb. Məlumata görə, gənc bıçaq xəsarəti alıb və hadisə yerinə polis əməkdaşları cəlb olunub.

TƏBİB-in məlumatına əsasən, saat 21:25-də Xətai rayonundan Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Həkiməqədər ilkin müayinə zamanı bir nəfərin – kişinin ölüm faktı qeydə alınıb.

Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır.

Xəbəraxının əldə etdiyi məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən Q. Mahmudov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir