Elnarə Baxış vəzifəsindən ayrıldı

Elnarə Baxış vəzifəsindən ayrıldı

Jurnalist Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyinin Elektron Təhlükəsizlik Xidmətində tutduğu vəzifədən ayrılıb.

Xəbəraxını xəbər verir ki, Elnarə Baxış ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən öz ərizəsi əsasında azad edilib.

Jurnalist qərarını açıqlayaraq bildirib ki, Milli Kibertəhlükəsizlik Agentliyində fəaliyyətinin bir ili tamam olub və növbəti aydan etibarən qurumdakı işini dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, Elnarə Baxış uzun müddət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb. O, təxminən bir il əvvəl Elektron Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir