“Əhmədli” stansiyasında sərnişin qatar yoluna düşüb

“Əhmədli” stansiyasında sərnişin qatar yoluna düşüb

Bakı metrosunun “Əhmədli” stansiyasında sərnişin qatar yoluna düşüb.

Hadisə bu gün saat 18:40 radələrində baş verib. Sərnişin olan qadının stansiya yoluna düşməsindən dərhal sonra təmas relsindən yüksək gərginlik kəsilib və hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Sərnişinin təhlükəsiz şəkildə qatar yolundan çıxarılması üçün zəruri tədbirlər görülüb. Daha sonra qadın polis əməkdaşlarına təhvil verilib.

Təmas relsində yüksək gərginlik bərpa edildikdən sonra qatarların hərəkəti davam etdirilib.

Hadisə səbəbindən metroda qatarların hərəkət intervalında 9 dəqiqəlik gecikmə yaranıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir