DTX-nin saxladığı iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib

DTX-nin saxladığı iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Məqsəd Məcid oğlu Bağırov və Kamran Ramiz oğlu Bilalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham irəli sürülüb. Onlar cəmiyyətdə dini nifrət və düşmənçiliyin salınmasına yönələn əməllərdə təqsirləndirilirlər.

Məlumata görə, “Çevik” ləqəbli Məqsəd Bağırov “TikTok” platformasında canlı yayımlar açaraq dini mövzularda müxtəlif mübahisəli fikirlər səsləndirib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir