Dizel bahalaşacaq

Dizel bahalaşacaq

Dünyada dizel yanacağı çatışmazlığının gələn ilədək davam edəcəyi gözlənilir. Ehtiyatların azalması fonunda yaranan qıtlığın yanacaq qiymətlərinə və qlobal iqtisadiyyata təzyiqi artıracağı bildirilir.

Məlumata görə, İran və Ukraynadakı müharibələr dizel yanacağının tədarük zəncirinə ciddi təsir göstərib. Yaxın Şərq və Rusiyadan yanacaq ixracının azalması dünya üzrə ehtiyatların tarixi aşağı səviyyələrə enməsinə, qiymətlərin isə rekord həddə yüksəlməsinə səbəb olub.

ABŞ-da dizel ehtiyatlarının sentyabr ayında 100 milyon bareldən aşağı düşəcəyi və 2027-ci ilin böyük hissəsində beşillik orta göstəricidən aşağı qalacağı proqnozlaşdırılır. Avropa və Asiyada da dizel ehtiyatlarının aşağı səviyyədə olduğu bildirilir.

Hazırda Rusiya, Monqolustan, Qırğızıstan, Moldova, Fransa və digər ölkələrdə dizel yanacağının bahalaşması müşahidə olunur. Yüksək yanacaq qiymətlərinin kənd təsərrüfatı, nəqliyyat və istehsal sahələrinə əlavə təzyiq yaratdığı qeyd edilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir