Bakıda keçirilən cüdo üzrə dünya çempionatında iki Azərbaycan təmsilçisi — Uşanqi Kokauri və Kənan Nəsibov 1/4 final mərhələsində qarşılaşıblar.
Xəbəraxını xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçuların görüşündə Uşanqi Kokauri qalib gəlib. O, Kənan Nəsibovu cərimə xalı ilə məğlub edərək yarımfinala yüksəlib.
Qeyd edək ki, Bakıdakı dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Azərbaycan təmsilçilərindən Əhməd Yusifov qızıl, Zelim Tçkayev gümüş, Rəşid Məmmədəliyev, Ömər Rəcəbli və Murad Fətiyev isə bürünc medal qazanıblar.
