Daşkəsəndə kənd köçürülür – 97 təsərrüfatın taleyi ilə bağlı hazırlıqlar başladı

Daşkəsəndə kənd köçürülür – 97 təsərrüfatın taleyi ilə bağlı hazırlıqlar başladı

Daşkəsən rayonunun Mollahəsənli kəndinin başqa əraziyə köçürülməsi ilə bağlı hazırlıq işlərinə başlanılıb. Köçürülmə prosesinin qiymətləndirilməsi üçün 259 mindən çox vəsait ayrılacaq.

Xəbəraxını xəbər verir ki “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC köçürülmə ilə bağlı hazırlıqlara başlayıb. Prosesin qiymətləndirilməsi “İqlimLTD” MMC-yə həvalə olunub.

Qiymətləndirmə işlərinə 259 min 305 manat xərclənəcəyi bildirilir.

Köçürülmənin dağ-mədən sənayesində hasilat layihələri çərçivəsində sənaye obyektlərinin mühafizə zonasına düşən torpaqların və ya yaşayış sahələrinin dövlət ehtiyacları üçün alınması ilə əlaqəli olduğu ehtimal edilir. Bununla belə, köçürülmənin konkret səbəbi barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Mollahəsənli kəndində hazırda 523 nəfər qeydiyyatdadır. Kənddə 97 təsərrüfat fəaliyyət göstərir, yaşayış evlərinin sayı isə 70-dən çoxdur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir