Bakıda 3 avtobusun hərəkət istiqaməti dəyişdirilir – Sabahdan qüvvəyə minir

Bakıda 3 avtobusun hərəkət istiqaməti dəyişdirilir – Sabahdan qüvvəyə minir

Bakının Sahil qəsəbəsində təmir işləri ilə əlaqədar üç avtobus marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək. Sərnişinlərdən səfərlərini planlaşdırarkən yeni istiqaməti nəzərə almaları xahiş olunur.

Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 23-dən Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən Natiq Mustafayev küçəsində təmir işləri aparılacaq. Bununla əlaqədar həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyət səbəbindən 149, 149E və 164 nömrəli avtobus marşrutlarının hərəkəti alternativ küçələrlə təşkil olunacaq.

Dəyişikliklərin nə vaxta qədər davam edəcəyi barədə əlavə məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir