Çinin xarici işlər naziri Bakıya gəlir

Çinin xarici işlər naziri Bakıya gəlir

Çinin xarici işlər naziri Van İ oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşündə iştirak edəcək.

Xəbəraxını xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Van İ tədbirdə Çin Xalq Respublikasının sədri Si Cinpinin xüsusi nümayəndəsi kimi iştirak edəcək.

Məlumatda o da bildirilib ki, Çin XİN rəhbəri oktyabrın 14-dən 20-nə qədər Azərbaycandan əlavə Xorvatiya, Monteneqro və Bolqarıstana da səfər edəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir