Cəlilabadda zəlzələ baş verib. Bu haqda Zəlzələlərin tədqiqatı bürosu məlumat verib. Əldə olunan məlumatlara görə, Cəlilabad stansiyasından 14 km cənub- qərbdə Cəlilabad rayonunda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Saat təqribən 18:47 – də və 26 km dərinlikdə baş verib. Ancaq zəlzələ sakinlər arasında hiss edilməyib.
