Məşhur “Breaking Bad” serialında canlandırdığı obrazla tanınan amerikalı aktyor Ar Cey Mitt 34 yaşında dünyasını dəyişib. Aktyorun ölümü ilə bağlı yayılan ilkin məlumatlarda intihar ehtimalı irəli sürülüb.
Xəbəraxını xəbər verir ki, amerika mediasının məlumatına görə, aktyor ABŞ-nin Texas ştatında vəfat edib. Hadisənin təfərrüatları barədə hələlik ıətraflı məlumat açıqlanmayıb.
Ar Cey Mitt 21 avqust 1992-ci ildə Kaliforniyanın Lafayet şəhərində anadan olub. O, “Breaking Bad” serialında serebral iflicdən əziyyət çəkən Uolter Uaytın oğlu Uolter Uayt Jr. obrazını canlandıraraq geniş tamaşaçı auditoriyasının diqqətini qazanıb.
Qeyd edək ki, aktyorun ölüm səbəbi ilə bağlı məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.
