Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirəcək

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirəcək

Böyük Britaniya İranın metal, enerji, bankçılıq və gəmiçilik sektorlarına qarşı yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.

Bunu Böyük Britaniyanın xarici işlər naziri Stiven Douti RİA Novosti-yə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, yeni ticarət məhdudiyyətləri İranın nüvə proqramının inkişafına töhfə verən əsas sənaye sahələri üçün zəruri olan mal, texnologiya və xidmətləri əhatə edəcək.

Bildirilib ki, tətbiq olunacaq məhdudiyyətlər İranın enerji, metallurgiya, gəmiçilik və bank sektorlarına şamil ediləcək. Bununla yanaşı, London Tehranın hərbi potensialının inkişafına dəstək verən mal və texnologiyaların ixracına da qadağa qoyacaq.

Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Skott Bessent də Vaşinqtonun İranın müttəfiqlərinə qarşı sanksiyaları mərhələli və sistemli şəkildə genişləndirmək niyyətində olduğunu açıqlayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir