Belçikada hökumət böhranı: Baş nazir istefa verdi

Belçikada hökumət böhranı: Baş nazir istefa verdi

Belçikanın Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. Qərara 2027-ci ilin dövlət büdcəsi ilə bağlı koalisiya danışıqlarının nəticəsiz qalması səbəb olub.

Xəbəraxını xəbər verir ki, bu barədə ölkə mediasına istinadən məlumat yayılıb.

Məlumata görə, Bart De Vever Kral Filiplə təxminən 1 saat 30 dəqiqə davam edən görüşdən sonra jurnalistlərə açıqlama vermədən sarayı tərk edib.

Kral istefanı hələlik qəbul etməyib. O, noyabrın 3-dən etibarən koalisiya partiyalarının liderləri ilə məsləhətləşmələr aparacaq. Bart De Veverlə növbəti görüşün isə noyabrın 6-da keçirilməsi planlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir