“Barselona” PSJ-ni UEFA-ya şikayət edir: Azarkeşlərin nümayişi qalmaqal yaratdı

“Barselona” PSJ-ni UEFA-ya şikayət edir: Azarkeşlərin nümayişi qalmaqal yaratdı

“Barselona” klubu PSJ azarkeşlərinin oyun öncəsi nümayiş etdirdiyi xoreoqrafiyaya görə UEFA-ya şikayət etməyə hazırlaşır. Paris təmsilçisinin azarkeşlərinin hazırladığı nümayiş Kataloniya klubunun narazılığına səbəb olub.

Xəbəraxını xəbər verir ki, bu barədə  “Haber Global”a istinadən məlumat yayıb.

Məlumata görə, UEFA Çempionlar Liqasının III turu çərçivəsində keçirilən qarşılaşmadan əvvəl PSJ azarkeşləri “Texas zəncirli mişar qırğını” filminə istinad edən xoreoqrafiya nümayiş etdiriblər. Plakatın üzərində “Paris üsulu qırğın” yazısı yer alıb.

Nümayiş zamanı PSJ forması geyinmiş azarkeşin zəncirli mişarla “Barselona”nın loqosunu kəsməsi təsvir olunub.

Məhz bu nümayişə görə “Barselona” rəhbərliyinin Fransa klubundan UEFA-ya rəsmi şikayət ünvanlayacağı bildirilir.

Qeyd edək ki, sözügedən qarşılaşmada PSJ öz meydanında “Barselona”nı 4:2 hesabı ilə məğlub edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir