Xəbəraxını xəbər verir ki, oktyabrın 2-si saat 14:00-dan etibarən paytaxtın Suraxanı rayonunda bir sıra yollarda təmir işlərinə başlanılacaq.
Təmir Zığ şosesinin beton yol hissəsinin MİDA yaşayış kompleksi istiqamətində, MİDA kompleksinin avtomobil yolunda, həmçinin kompleksdən Zığ şosesinə və hava limanı istiqamətinə çıxış yolunda aparılacaq.
İşlərlə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, mümkün olduğu halda alternativ yollardan istifadə etmələri və tətbiq olunan məhdudiyyətləri nəzərə almaları xahiş olunur.
