Sentyabrın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi saatlarda isə tutulacağı gözlənilir.
Günün birinci yarısında yarımadanın bəzi ərazilərində fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli şimşək çaxacağı ehtimal olunur. Şimal-qərb küləyi əsəcək.
Paytaxt və Abşeronda temperaturun gecə 15-19°, gündüz isə 24-27° isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 55-65% təşkil edəcək.
Ölkənin rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağması və şimşək çaxması mümkündür.
Dağlıq ərazilərin bəzi yerlərində gecə və səhər saatlarında duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 13-17°, gündüz 25-29° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 6-11°, gündüz 15-20° isti təşkil edəcək.
